C vitamini koronavirusa yoluxmuş insanlar üçün xilas yolu ola bilər - Araşdırma
11.12.2020 00:41

Son tədqiqatlara əsasən, C vitamini COVID-19-u ağır formada keçirən insanlar üçün xilas yolu ola bilər. O, həmçinin xəstəliyin simptomlarını azalda bilər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, alimlər "Nutrients" jurnalında koronavirus infeksiyasına yoluxmuş insanların terapiyasında C vitamininin istifadəsi zamanı onun effektivliyinə dair hesabat dərc ediblər.

 

Tədqiqatın müəllifləri 100-dən çox tədqiqatın nəticələrini təhlil ediblər və belə nəticəyə gəliblər ki, C vitamini COVID-19-u ağır keçirənlərin həyatlarını xilas edə, infeksiyanın daha yüngül formaları zamanı isə simptomları yüngülləşdirə bilər.


Tədqiqatçılar təsdiq edirlər ki, xəstəxanada koronaviruslu insanların müalicəsində C vitaminin yüksək dozalarının tətbiqi steroidlərlə terapiyaya nisbətən daha effektivdir. Onlar damcı halında C vitamini qəbul edən pasiyentlərin müalicəsinin məhsuldarlığını steroid preparatı olan deksametazonun təsiri ilə müqayisə ediblər.

 

Alimlər izah edirlər ki, insan ağır infeksiyaya yoluxduqda onun orqanizmi immun sistemini dəstəkləmək üçün C vitaminini daha intensiv istifadə etməyə başlayır. Ona görə də, orqanizmdə bu vitaminin defisiti yaranır. 

 

Tədqiqat göstərib ki, C vitamini reanimasiya bölmələrində yatan COVID-19 pasiyentlərinin ölüm göstəricisini 68 faiza sala bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza