Güclü immunitetə sahib olmaq üçün təbii vasitələr
10.12.2020 22:12

Viruslarla mübarizə apardığımız dövrdə nə qədər iynə-dərman qəbul etsək də, bəzən fayda vermir. Çünki orqanizmimiz immun sistemimizin təbii formada möhkəmlənməsinə tələbat duyur. Bunun üçün immuniteti artıran təbii ərzaqlardan istifadə edə bilərsiniz. Təbii yollardan istifadə ziyansız olduğu üçün ondan çəkinmədən bütün ailə üzvləriniz üçün hazırlayıb, soyuq ayları güclü immunitetlə qarşılaya bilərsiniz.

 

Aztibb.az uzun illərin sınağından keçmiş, faydasını mütəxəssislərin də təsdiq etdiyi reseptləri təqdim edir:

 

100 qr təmizlənmiş qoz, 100 qr sürtgəcdən keçirilmiş alma, 2 limon, 1 xörək qaşığı təmiz bal qarışdırılır. Gün ərzində 1 dəfə qəbul olunur. Uşaqlara 5 yaşından sonra vermək olar.

 

1 stəkan qoz, kişmiş və qaysı qurusu, bir limon (qabıqsız) təmizlənir, ətçəkəndən keçirilib, qarışdırılır. Böyüklər gündə 1 dəfə 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edir. Yaxşı olar ki, yeməkdən bir saat əvvəl qəbul olunsun. Kurs 1 ay.

 

1 baş sarımsaq əzilir, bura 1 limon qabıqlı halda ətçəkəndən keçirilib qatılır. Üzərinə yarım litr qaynanmış su əlavə edib, qaranlıq bir yerdə 5 gün saxlayın. Daha sonra süzüb, profilaktik məqsədlə həftədə 3-4 dəfə 1 qaşıq olmaqla qəbul edin.

 

2 baş soğanı xırda doğrayıb, 200 qram şəkər tozu ilə qarışdırın. Yarım litr su əlavə edib, zəif odda yarım saat qaynadın. Kənarda soyudun, sonra 2 xörək qaşığı bal əlavə edib, qarışdırın. Süzüb, şüşə qabda saxlayın. Gündə 3-4 dəfə, 1 xörək qaşığı qəbul etmək lazımdır.

 

Yeməkdən sonra bir stəkan qatıq içmək lazımdır. Bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0,8 litr çiy su içmək olduqca faydalıdır. Gündə 1 stəkan bal şərbətinə bir qədər alma sirkəsi qarışdırıb içmək, eləcə də 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti gücləndirir.

 

2 ədəd alma, 2 ədəd kök, 1 ədəd çuğundurun şirəsi, 1 yemək qaşığı quşüzümü və ya limon suyunu qarışdırın. Bu qarışığı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza