Zərurət olmadıqda antibiotik istifadəsi immun sistemini zəiflədə bilər
09.12.2020 19:11

Son vaxtlar antibiotiklərdən qeyri-düzgün istifadə olunması halları çoxalıb. Bu yanlışlığın bir səbəbi də yeni növ koronavirusun (COVID-19) bir sıra əlamətlərinin qriplə oxşarlıq təşkil etməsidir. Bəzi hallarda COVID-19-a yoluxan xəstələrin bir çoxu ev şəraitində həkim təyinatı olmadan həmin dərmanları qəbul edir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “COVID-19 virus mənşəli xəstəlik olduğuna görə həkimin məsləhəti olmadan dərhal antibiotik istifadəsinə heç bir ehtiyac yoxdur. Antibiotik adətən COVID-19-un ağırlaşması və ikincili infeksiya baş verəndə istifadə olunur, yəni ağciyərdə “buzlu şüşə” görüntüsü olduqda və sətəlcəm zamanı antibiotik təyin edilir. Zərurət olmadıqda onun istifadəsi immun sistemini zəiflədə bilər”.

 

Antibiotikin qəbulundan əvvəl mütləq sınaq aparılmalıdır. İnyeksiya 0,5 millimetr dəri altına yeridilməli və əgər 5 dəqiqə ərzində əks təsir yaranmırsa, deməli, orqanizm həmin antibiotiki qəbul edir. Çalışmaq lazımdır ki, orqanizm xəstəliklə öz gücü hesabına mübarizə aparsın. Ona görə də zərurət olmadığı təqdirdə uşaqların xəstələnməsi zamanı antibiotiklərdən istifadə edilməsi məsləhət görülmür.

 

“Bəzi hallarda antibiotiklər allergik reaksiya da verə bilər. Ona görə də hər kəs istədiyi antibiotiki istifadə etməz. Elə antibiotiklər var ki, onların müəyyən yaşa qədər uşaqlara vurulması tamamilə qadağandır”, - deyə həkim-terapevt bildirib.

 

Allergik xüsusiyyətləri çox olan antibiotiklərin qəbulu zamanı mütləq göbələk əleyhinə dərmanlar təyin olunmalıdır, əks halda balans pozular və ciddi fəsadlar yarana bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza