Bu iki sadə komponentin qarışığı ayaq dırnaqlarındakı göbələk xəstəliklərini sağaldır
09.12.2020 19:00

Ayaq dırnaqlarının rənginin dəyişməsi, onun qalınlaşması və qaşınmalar göbələk infeksiyasının əlamətləridir. Yer kürəsi əhalisinin hər 5 nəfərindən biri ayaq və dırnaq göbələklərindən əziyyət çəkir.

 

Köhnə, nimdaş ayaqqabı, immunitetin aşağı düşməsi, ayaqların çox tərləməsi, ayaqlara düzgün qulluğun edilməməsi ayaq göbələklərinin əmələ gəlməsinə səbəb olur.

 

Aztibb.az göbələk xəstəliyi zamanı effektiv olan təbii vasitəni təqdim edir.

 

Qida sodası və alma sirkəsi qarışımından hazırlanan məlhəmlə ayaq barmaqlarının arasındakı göbələk xəstəliyindən və dırnaq göbələklərindən xilas olmaq mümkündür.

 

Bir pay alma sirkəsi və 3 pay isti su götürülüb qarışdırılır, ayaqlar 20 dəqiqə vanna edilir. Sonra başqa bir vannada ayaqlar isti sodalı suda vanna edilir. Bu zaman ayaqlar sodalı suda 15 dəqiqə saxlanılır, çıxarıldıqdan sonra qurudulur. Ayaqlar və barmaqların arası yaxşı qurudulduqdan sonra çayağacı yağı sürtə bilərsiniz.

 

Hər axşam yatmazdan əvvəl bu üsulla vanna etsəniz ayaqlarınızda və dırnaqlarınızda olan göbələk xəstəliyindən 10-15 gün ərzində xilas ola biləcəksiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza