Göz iltihabı ilə koronavirus arasında əlaqə var
09.12.2020 15:01

Böyük Britaniyanın Angliya Raskin Universitetinin (ARU – Anglia Ruskin University) tədqiqatçıları göz iltihabı ilə koronavirus arasında əlaqə olduğunu üzə çıxararaq göz ağrısının koronavirusun mühüm erkən əlaməti olması qənaətinə gəliblər.

 

“BMJ Open Ophthalmology”də dərc olunmuş tədqiqatın müəllifləri 83 nəfər koronavirus xəstəsinin iştirakı ilə anket tərtib ediblər. İştirakçıların qeyd etdiyi əlamətlər arasında taqətsizlik cavabların 90 faizində, qızdırma 76 faizində, iy və dad hiss etməmə 70 faizində, quru öskürək 66 faizində göstərilirkən iştirakçıların 81 faizi də ilkin mərhələdə gözlərində narahatlıq olduğunu qeyd ediblər. O cümlədən 18 faizi işığa qarşı həssaslıq, 17 faizi gicişmə, 16 faizi göz ağrısı hiss etdiklərini bildiriblər. Bu əlamətlər iki həftəyədək davam edib.

 

Araşdırma müəllifləri həm xəstələrin. Həm də həkimlərin gözlə bağlı əlamətlərin COVID-19 üçün səciyyəvi olmadığını düşünərək onlara fikir vermədiklərini qeyd ediblər. Halbuki göz vasitəsilə SARS-CoV-2 virusunun orqanizmə daxil olması ehtimalı tədqiqat mövzusu olmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır