Naxçıvanda şagirdlər arasında kütləvi tuberkulin test sınaqları аparılır
09.12.2020 11:08
Naxçıvan Muxtar Respublikası (MR) şəhər və rayonlarında fəaliyyət göstərən məktəblərdə I-VI siniflərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə kütləvi tuberkulin test sınaqları аparılır.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, bu məqsədlə rayon xəstəxanaları və Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, həmçinin gigiyena və epidemiologiya şöbələri tərəfindən xidmət ərazilərində tuberkulin testlərinə cəlb ediləcək şagirdlərin siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə 1 həkim və 2 tibb işçisindən ibarət xüsusi briqada yaradılıb. Zəruri hallarda tibb işçilərinin sayı 6 nəfərə çatdırılır. Sınaq materialının bölgüsünə və tədbirin yüksək səviyyədə həyata keçirilməsinə ciddi nəzarət edilir.
Kütləvi tuberkulin test sınaqlarına Kəngərli rayonunun xəstəlik halları müşahidə olunan tam orta məktəblərindən start verilib. Qıvraq qəsəbə, Şahtaxtı, Qarabağlar kəndlərində 1279 şagirdə diaskin test sınaqları qoyulub. 72 saat sonra sınağın nəticələri qiymətləndirilib və bu məktəblərdə vərəmə görə epidemioloji situasiyanın qənaətbəxş olduğu aşkarlanıb. Belə ki, müayinə olunan uşaqlarda vərəmə yoluxmanın aktiv fazası qeydə alınmayıb.
Tuberkulin testlərinin nəticələri qiymətləndirilərək şübhəli və müsbət reaksiyalı şagirdlərin Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəsinə və kimyəvi profilaktikaya cəlb olunmaları üçün zəruri tədbirlər həyata keçirilib.
Qeyd edək ki, I-VI sinif şagirdləri arasında kütləvi tuberkulin test sınaqları dekabrın 21-dək Şahbuz rayonunun Şahbuzkənd, Naxçıvan şəhərinin Tumbul, Culfa rayonunun Göydərə kəndlərində, Babək rayonunun Nehrəm və Cəhri qəsəbələrində və Şıxmahmud kəndində davam etdiriləcək.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

