Koronavirusa qarşı vaksin Mərakeş iqtisadiyyatını bərpa edir
09.12.2020 08:40

COVID-19 infeksiyasının fəsadları və quraqlıq nəticəsində cari ilin ikinci rübündə kəskin tənəzzüldən sonra Mərakeşin milli iqtisadi fəallığının bərpa əlamətləri özünü göstərməyə başlayıb.

 

Aztibb.az Mərakeşin İqtisadiyyat, Maliyyə və İnzibati İslahatlar Nazirliyinə istinadla xəbər verir ki, noyabr ərzində sənaye sahəsində iqtisadi göstəricilər turizmdən başqa, bir neçə sektorda müsbət olub.

 

Krallığın ev təsərrüfatları hələ də quraqlığın mənfi təsirindən əziyyət çəkirlər və bu, kənd təsərrüfatı ilə məşğul olan ailələrin gəlirində özünü büruzə verir. Koronavirusun əmək bazarına ciddi təsiri cari ilin üçüncü rübündə 581 min iş yerinin itkisinə səbəb olub.

 

Mərakeş icmasının Vətənə maliyyə köçürmələri sayəsində vəziyyəti bir qədər yüngülləşdirmək mümkün olub. Dövlət tərəfindən 6 milyon ailənin xeyrinə təqdim olunan təxminən 2,3 milyard dollar həcmində maliyyə dəstəyi də buraya əlavə olunub.

 

Nazirliyin hesabatında bildirilir ki, ixracın dinamikliyi və idxalın fasiləsiz azalması ticarət kəsirinin 22 faiz aşağı düşməsinə səbəb olub və beləliklə, 2019-cu ilin sentyabrın sonu ilə müqayisədə idxalın ixracı üstələməsi səviyyəsi üç bənd yaxşılaşıb.

 

Hesabata görə, dünya iqtisadiyyatının bərpası ssenarisində COVID-19-a qarşı bir sıra vaksinin sınaqlarının nəticələrinin ümidverici olacağı bildirilir. Bu da pandemiya üzərində sürətli nəzarətə ümidləri artırır.

 

Bir sıra ölkələr, o cümlədən Mərakeş yanvar ayından gec olmayaraq koronavirusa qarşı peyvəndləməyə başlayacaq. Nəticələrin gələn ilin aprelində məlum olacağı gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb