Vaxtında aşkarlanmayan diabet bu fəsadlarla nəticələnə bilər - Həkim-endokrinoloq
08.12.2020 14:15
Şəkərli diabet müasir dünyamızda ən çox yayılmış xəstəliklərdən biridir. Hazırda planetdə yüz milyonlarla diabetli insan var. Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında şəkərli diabet xəstəliyi ilə bağlı sualı cavablandırıb.
-Şəbnəm həkim, vaxtında aşkarlanmayan diabet hansı fəsadlarla nəticələnə bilər?
- Öncə qeyd etmək istəyirəm ki, şəkərli diabet insulinin təsir effektinin pozulması nəticəsində yaranan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan metabolik xəstəlikdir. Şəkərli diabet xəstəliyi vaxtında aşkarlanmadıqda və müalicə olunmadıqda xəstələrdə ketoasidoz: ürəkbulanma, qusma, iştahanın olmaması, qarında ağrılar, ağızdan aseton iyinin gəlməsi, huşun itməsi inkişaf edir və bu da çox vaxt komatoz vəziyyətə gətirib çıxarır.
Şəkərli diabet zamanı xroniki hiperqlikemiya bir çox orqanların zədələnməsinə, gözlərin, böyrəklərin, sinirlərin, ürəyin və qan damarlarının çatışmazlığına səbəb olur. Diabet xəstəliyində həm mikro, həm də makroangiopatiyalar inkişaf edir. Diabetik makroangiopatiyaların tipik təzahürü miokard infarktı, insult, periferik damarların xəstəlikləridir. Sonuncular zamanı xəstələri aşağı ətraflarda arabir sancma, keyləşmə, pəncələrdə soyuğa davamsızlıq, yanğı, ağrı narahat edir.
Bir neçə il ərzində bu şikayətlər əsasən sakit vəziyyətdə qeyd olunur, sonra isə daimi və intensiv xarakter daşıyır. Şəkərli diabet vaxtında aşkarlanıb müalicə olunmadıqda gözün torlu qişası ciddi şəkildə zədələnir və bu, görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər. Diabeti zamanı böyrəklərin də funksiyası pozulur, sidiklə zülalın ifrazı artır, nəticədə 20% xəstələrdə böyrək çatışmazlığı inkişaf edir. Xəstənin həyatını xilas etmək üçün böyrək köçürülməsi əməliyyatı və ya hemodializ tələb olunur.
Qan dövranının pozulması nəticəsində şəkərli diabet xəstələrində diabetik pəncə deyilən xəstəlik yaranır ki, bu zaman periferik sinirlərin, damarların, dərinin, yumşaq toxumaların zədələnməsi ilə pəncələrdə yaranan gec sağalan yaralar və nekrotik proseslər müşahidə olunur. Bütün bu fəsadlardan qorunmaq üçün ildə iki dəfə endokrinoloqa müraciət etmək və şəkərli diabet müayinəsindən keçmək lazımdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

