Bəzi xəstəliklər nəticəsində iybilmə hissi azala və ya itə bilər
08.12.2020 13:58

Rəngarəng qoxular zövq bəxş etdiyi kimi müxtəlif təhlükələrdən də qoruyur. Burun boşluğunun yuxarı mərtəbəsində yerləşən reseptorlar 200 minə qədər fərqli qoxunu ayırd etmək imkanı verir. Dad və iybilmə hissinin itirilməsi ilə hər 100 nəfərdən 5-i üzləşir.

 

Aztibb.az xəbər verir ki, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova deyib: “Müəyyən xəstəliklər nəticəsində iybilmə hissi azala və ya tam itə bilər. İnfeksion xəstəliklər, virus xəstəlikləri və allergik rinitlər nəticəsində burunda şişkinliklər əmələ gəlir. Həmin şişkinliklər nəticəsində hava axının buruna daxil olması çətinləşdiyinə görə qoxu hissinə gedib çatması da çətin olur. Bunun nəticəsində qoxu yaranmır və siqnal itir. Müalicə olunmadıqda həmin hisslər bərpa olunmaya da bilər”.

 

Onun dediyinə görə, qoxubilmə hissi, yəni anosmiya xalq təbabəti üsulları ilə müalicə oluna bilər, lakin əvvəlcə mütləq onun səbəbini aydınlaşdırmaq lazımdır: “Bəzi ağır nevroloji xəstəliklər nəticəsində iybilmənin itməsi mümkündür. Parkinson, Alsheymer, sayrışan nevroz, dağınıq skleroz və şəkərli diabet xəstəlikləri zamanı həmin halla üzləşmək olar. Yaşlı insanlarda qoxu hissinin itirilməsi təbii bir haldır”.

 

İnsan təqribən 10 minə yaxın qoxunu seçmək qabiliyyətinə malikdir. Alimlər burunla ətraf mühitdən cəmi 2 faiz məlumat almağın mümkün olduğunu bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza