Peyvəndlərin qoruyucu təsir göstərə bilməsi üçün uyğun yaşlarda və uyğun fasilələrlə olunması əsas şərtdir  - Pediatr-neonatoloq
07.12.2020 14:27
Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Nazilə Hüseynova “Həkim məsləhəti” rubrikasında “Yenidoğulmuşlara hansı peyvəndlər edilməlidir? sualını cavablandırıb.
 
- Nazilə həkim, yenidoğulmuşlara hansı peyvəndlər edilməlidir?
 
- Öncə qeyd edim ki, yenidoğulmuşların infeksiyalara qarşı ən böyük müdafiəsi ana südü və peyvəndlərdir. Yenidoğulmuşlar anadan aldıqları anticisimlərlə infeksion xəstəliklərdən qorunurlar. Lakin bu təsir qısamüddətli olur. Digər tərəfdən, yenidoğulmuşlar bəzi infeksion xəstəliklərə qarşı anadan keçən anticisimlərlə qoruna bilmirlər.
 
Yenidoğulmuşlara peyvənd vurulmazsa və onlar xəstəliyin mikrobu ilə qarşılaşarsa, orqanizmləri xəstəliklərlə mübarizə aparacaq qədər güclü olmur. Peyvəndlər tapılmadan öncə, uşaqların çoxu infeksion xəstəliklər səbəbilə tələf olurdu. Eyni mikroorqanizmlər bu gün də var, ancaq yenidoğulmuşlar peyvəndlər sayəsində qorunmaqdadır.
 
Qeyd edim ki, tətbiq edilən profilaktik peyvəndlər nəticəsində son illərdə yenidoğulmuşlarda infeksion xəstəliklərin azalması müşahidə olunur.
 
Yenidoğulmuşlara su çiçəyi, Hepatit A, Hepatit B, meningit, məxmərək, qızılca, parotit, göy öskürək, pnevmokok pnevmoniyası, uşaq iflici, difteriya, tetanus, quduzluq, meninqokok, qrip xəstəliklərinə qrşı peyvəndlər edilə bilər.
 
Peyvəndlərin qoruyucu təsir göstərə bilməsi üçün uyğun yaşlarda və uyğun fasilələrlə olunması əsas şərtdir. Ona görə də uşaqlara xəstəliklərə tutulma riskinin ən yüksək olduğu dövrlərdən əvvəl peyvənd olunması lazımdır. Yenidoğulmuşların həkim tərəfindən ilk müayinəsindən sonra valideynlərə rutin peyvənd proqramı ilə bağlı lazımı məlumatlar verilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza