Koronavirus qripdən necə fərqlənir?
06.12.2020 12:46

Mütəxəssislər Azərbaycanda koronavirusa yoluxma, eləcə də koronavirusdan ölüm hallarının artmasının səbəblərindən biri kimi insanların özünümüalicə cəhdlərini göstərirlər.

 

Aztibb.az-ın məlumatına görə, bir çox insanlar koronavirusa yoluxduqları zaman bunun mövsümi xəstəlik sayılan qrip olduğunu zənn edərək, həkim nəzarəti olmadan, özləri özlərini müalicə etməyə çalışırlar.

 

Nəticədə də mütəxəssislərin dediyi kimi, virusa yoluxan şəxsin səhhəti daha da pisləşir və o, həkimə gecikmiş halda müraciət edir. Bütün bunlar isə COVID-19-a yoluxan şəxslər arasında ölüm hallarının artmasına da səbəb olur.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.

 

Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. COVID-19-a yoluxma zamanı insan əvvəldə özünü sadəcə bir az narahat və zəif hiss edə bilər. COVID-19-un simptomları yüksək hərarət və ya üşütmə, öskürək, nəfəs darlığı və ya nəfəs almaq çətinliyi, yorğunluq və zəiflik, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dad itkisi, boğaz ağrısı, burun tutqunluğu və ya axması, mədə ağrısı, ishal, ürək bulantısıdır.

 

Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, əzələ və ya bədən ağrısı, baş ağrısı, yorğunluqdur:

 

"Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə insanlar özlərini təcrid etsinlər və dərhal mütəxəssislərə müraciət etsinlər!".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama