Qarğıdalının insan sağlamlığı üçün bilmədiyiniz faydaları
05.12.2020 20:00

Qarğıdalı Azərbaycanın dağ və dağətəyi rayonlarında geniş yayılmışdır. Dərman məqsədilə yağından və saçaqlarından istifadə olunur. Saçaqları meyvə yetişən zaman toplanır, kölgəli yerdə və yaxud quruducularda  400C-də qurudulur.

 

Saçaqların tərkibində K vitamini, askorbin və pantoten turşuları, karotinoidlər, saponinlər, qətran maddələri, efir yağları və s. vardır. Xalq təbabətində qarğıdalı saçaqlarından duru ekstrakt və dəmləmə şəklində xolesistitlərin və hepatitlərin müalicəsində ödqovucu, böyrəklərdə daş olan zaman sidikqovucu kimi, eləcə də qankəsici dərman kimi istifadəolunur.


Ödqovucu kimi:
20 qr qarğıdalı saçağını 1 stəkan suda 1 saat qaynatmaq və süzmək lazımdır. Bu mayedən gündə 4 dəfə 2 xörək qaşığı içmək məsləhətdir.


Sidikqovucu kimi:
1 xörək qaşığı qarğıdalı saçağının üzərinə 200 ml su tökülür. Qaynar su hamamında 20 dəq qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 50 ml yeməkdən əvvəl içilir.


Aterosklerozda:
Qarğıdalı yağı orqanizmdə lipid mübadiləsinə müsbət təsir göstərir, aterosklerozun müalicə və profilaktikasında istifadə edilir. Qarğıdalı yağından bu məqsədlə hər gün 75 qr qəbul etmək məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza