Körpə uşaqların sidiyindən qoxu gəlirsə, nə etməli? - Pediatrdan vacib məsləhət
05.12.2020 12:44

"Sidikdə qoxu uşaqlarda gizli keçən sidik yolu infeksiyasının əsas əlamətlərindəndir".

 

Bu barədə Pediatr Günay Rəsulova sosial şəbəkədə məlumat verib.

 

Həkimin sözlərinə görə, analar körpənin sidiyindən gələn xoşagəlməz qoxuya diqqət etməlidirlər. Bundan başqa, əgər körpədə iştahsızlıq, ümumi narahatlıq, ögümələr, ara-sıra baş verən qusmalar, qarında ağrı, sidiyin rəngində nəzərəçarpan tündləşmə, sidiyin miqdarında azalma (bezin az dolması və ya dolmaması), sidiyə getmə zamanı ağrı, damcı-damcı sidiyə getmə, bezdə qırmızı ləkə, sidikdə qan kimi narahatlıqlar varsa uşağı mütləq Pediatr müayinəsindən keçirməlisiniz.

 

Gecikmiş, zamanında diaqnozu qoyulmamış sidik yolu infeksiyası böyrəklərdə ağırlaşmaya səbəb ola bilər. İlk 5 yaş uşaqlarda böyrək çatışmazlığının əsas səbəbi təkrarlanan sidik yolu infeksiyasıdır. Bu səbəbdən valideynlər körpədə baş verən ən kiçik narahatlıqları Pediatr ilə bölüşməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza