Göz ətrafı dəriyə necə qulluq göstərməliyik? - Həkim-kosmetoloq açıqladı
04.12.2020 21:42

Göz ətrafı nahiyə üzdə ən həssas zonadır və ətraf mühitin neqativ təsirlərindən qorumaq üçün gündəlik düzgün qulluq seçilməlidir. Bu nahiyənin dərisində piy vəziləri olmadığı və derma qatı nazik olduğu üçün mimiki hərəkətlərdən, quruluqdan və digər daxili və xarici faktorların təsirindən elastikliyini daha tez itirir.

 

Aztibb.az həkim-kosmetoloq Aynur Kazımovanın göz ətrafı qulluqla bağlı yazısını təqdim edir:

 

Gündəlik ev şəraitində göz ətrafı dəriyə qulluq 3 əsas etapdan ibarət olmalıdır:

 

1. Göz ətrafı dərinin cox zərif təmizlənməsi
2. İntensiv nəmləndirmə.
3. Qidalandırma


Belə 3 mərhələli sxem bütün dəri tiplərinə aiddir. Lakin quru dərisi olanlar bu zonaya xüsusi diqqətli olmalıdırlar. Epidermis bu nahiyədə daha nazik quruluşa malikdir. Ona görə dəri nəmliyi daha tez itirir və kəskin temperatur fərqindən qabıqlanmağa başlayır. Bəzən erkən yaşlarda artıq yorğunluq və yaşlanma əlamətləri üzə çıxır.


Göz ətrafı dəriyə qulluğu cavan yaşlardan başlamaq lazımdır. Bu mimiki qırışların əmələ gəlməsinin qarşısını alacaq, qızartı, şişkinlik və qabıqlanmanı azaldacaqdır.


Estetik prosedurlardan başqa ev şəraitində göz ətrafı dərini masaj eləmək də yaxşı effekt verir. Gündə 5-8 dəqiqə massaj göz ətrafı dərini hamarlaşdırır və elastikliyini artırır. Çox quru dərisi olan və yaşlı xanımlarda göz ətrafı dəri üçün təkcə ev qulluğu kifayət etmir. Bu zaman inyeksion prosedur kursu lazımdır ki, venoz durğunluğu, epidermal quruluğu aradan qaldırsın.


Göz ətrafı dəri nazik olduğu üçün qışda çox ciddi qulluğa ehtiyac duyur. Göz ətrafı dəri qeyd etdiyimiz kimi, üzdə ən həssas zonalardan biridir. Ona görə də, gündəlik düzgün qulluq dərini nəmləndirməli və ətraf mühitin neqativ təsirindən qorumalıdır.

 

Bu nahiyədə dəri çox nazik olduğu üçün mimiki yüklənmədən, ətraf mühitin təsirindən, dəridə susuzlaşmanın təsirindən öz elastikliyini itirir. Gündəlik göz ətrafı qulluq 3 əsas etapdan ibarət olmalıdır və bunu səhər yuxudan oyanandan sonra və axşam yatmazdan əvvəl etmək lazımdır.


Əsas düzgün təmizləmə, intensiv nəmləndirmə və qidalandırmadır. Göz ətrafı dəriyə köpüklənən vasitələr istifadə olunmamalıdır, çünki bu vasitələr dərini qıcıqlandırır. Göz ətrafı dəridə hidrolipid qatı çox nazik olduğu üçün qurumağa meyllidir. Ona görə göz ətrafı krem həm qidalandırıcı, həm də nəmləndirici təsirli olmalıdır. Əgər siz hialuron turşusu tərkibli krem istifadə edirsinizsə, nəzərə almalısınız ki, bir molekul hialuron turşusu dərinin dərin qatlarından özünə yüzlərlə su molekulu birləşdirir. Səhər gözaltı nayihədə şişkinlik olmasını istəmirsinizsə, axşam yatmazdan 40-50 dəqiqə əvvəl kremi göz ətrafı dəriyə çəkin.

 

Müdafiə

 

Göz ətrafı dərini SPF krem və gün eynəkləri vasitəsilə günəş şüalarının təsirindən qorumaq lazımdır.

 

Göz ətrafı dəri üçün çoxlu sayda kosmetik vasitələr yoxdur. Bu əsasən gündüz kremi - nəmləndirici və qidalandırıcı ola bilər. Gecə kremi - bu kremlər gündüz kremlərindən onunla fərqlənir ki, tərkibində xüsusi drenaj komponentləri və qidalı maddələrin yüksək konsentrasiyası olur. 

 

Göz ətrafı maskalar yuyulan və yuyulmayan olur. Həftədə 2-3 dəfə istifadə oluna bilər.
Krem seçərkən yaş faktorunu da nəzərə almaq lazımdır. Çünki bu vasitələrin formulası fərqli olmalıdır.

 

Göz ətrafı dəri çox həssas və nazikdir, zəif baryer funksiyasına malikdir. Ona görə nəmlilik tez buxarlanır, quruluq və qırışlar erkən əmələ gəlir. Məhz buna görə bu nahiyə xüsusi qulluq tələb edir və nəticədə uzun müddət yaşlanma əlamətlərinin yaranmasının qarşısı alınır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu