Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarlayıb
04.12.2020 21:08

Kanada və Argentinadan olan tədqiqatçılar melatoninin bəzi hallarda SARS-CoV-2 koronavirusuna yoluxmağın, COVID-19-un ağır formasının inkişafının qarşısını aldığını, eləcə də peyvəndi dəstəkləyən preparat ola biləcəyini təsbit ediblər.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tədqiqatın nəticələr “Diseases” jurnalında dərc olunub.

 

Melatonin hormonunun iltihab əleyhinə, immun tənzimləyici və antioksidant xüsusiyyətlərə malik olduğu, xroniki yuxu pozğunluqlarının qarşısını aldığı və diabet, metabolik sindrom və ürək-damar xəstəliklərinə kömək etdiyi məlumdur.

 

Kanadanın Toronto Universitetinin və Argentinanın Papa Katolik Universitetinin tədqiqatçıları melatoninin COVID-19-un ağırlıq dərəcəsini azalda biləcəyinə və bəlkə də, koronavirus infeksiyasına mane ola biləcəyinə dair dəlillər topladıqları icmal hazırlayıblar.

 

Müəlliflər melatoninin ACE2 fermentinin üst səthini tənzimləyən zülalalın – kalmodulinin meydana gəlməsini təsirli şəkildə bağladığını və əngəllədiyini qeyd edirlər. Bundan əlavə, melatonin ağır COVID-19 xəstəliyi ilə əlaqəli proinflamatuar sitokinlərin miqdarını azaldır, eləcə də makrofaqların polarizasiyasını əngəlləyən zülal – sirtuin-1 vasitəsi ilə antiinflamatuar təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır