Azərbaycan aliminin adı 2020-ci ildə dünyanın ən çox istinad olunan tədqiqatçıları siyahısında yer alıb (Foto)
03.12.2020 21:44

"Web of Science" hər il dünyanın ən nüfuzlu alimlərinin adlarını açıqlayır.

 

Aztibb.az xəbər verir ki, 2020-ci ildə 21 tədqiqat sahəsi üzrə ən çox istinad olunan alimlər qrupunda azərbaycanlı alim, Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev də yer alıb.  

 

Qeyd edək ki, Süleyman Allahverdiyevin adı son üç ildə hər il bu siyahıda təqdim olunur. 

 

Alimin elmi araşdırmalarının nəticələri “Chemical Reviwers”, “Proceedings of National Academy of Science USA”, “The EMBO Journal”, “Journal of Photochemical and Photobiolgy”, “Photosynthesis Research”, “FEBS Letters” və s. nüfuzlu jurnallarda dərc edilir. 

 

Hirş indeksi 52 və 60 olan görkəmli alim 500-dən çox elmi əsər, 8 kitab və 6 ixtiranın müəllifidir. Onun tədqiqat işlərinə 17330-dan artıq istinad olunub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır