Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib
03.12.2020 17:36

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Şəki rayon Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, Ombudsman Aparatından bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakultativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilən başçəkmədə məqsəd yeni növ Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə həmin müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

 

Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yeməkxanalarına, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

 

Başçəkmə zamanı koronavirus pandemiyası ilə əlaqədar sanitar-gigiyenik qaydalara diqqət yetirildiyi, əməkdaşların tibbi maskalarla təmin edildiyi, mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirildiyi məlum olub.

 

Yekunda saxlanma şəraiti və rəftarla bağlı milli və beynəlxalq qanunvericiliyin tələbləri müəssisə rəhbərliyi və əməkdaşların diqqətinə çatdırılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasınının zəruriliyi qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır