Metabolizmi sürətləndirən və çəkini azaldan bitki pəhrizinin faydaları - Araşdırma
03.12.2020 14:42

Bu yaxınlarda məlum olub ki, bitki pəhrizi metabolizmi sürətləndirmək və çəkini azaltmaq imkanına malikdir. Dünyada aparılan bir neçə tədqiqat bitki pəhrizinin böyrəklərin sağlamlıq vəziyyətinə, ağ ciyərlərə və bütovlükdə orqanizmə müsbət təsir etdiyini müəyyən edib.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, Amerika Kardiologiya Kollecinin jurnalında bildirilir ki, bitki pəhrizi yağlarla zəngin pəhrizlə müqayisədə, ürək çatışmazlığı riskini 41%-ə qədər azaltmağa kömək edə bilər.

 

Könüllülər 16 həftə boyunca xüsusi pəhrizə riayət ediblər. Onların birinci qrupu meyvələr, tərəvəzlər və dənli və paxlalı bitkilərlə zəngin pəhriz qəbul edib, ikinci qrup isə öz mövcud rasionuna dəyişikliklər etməyib.

 

Bitki pəhrizinə riayət etmiş qrupda yeməkdən sonra kalorilərin yandırılması prosesində artım (təxminən 18,7%) müşahidə olunub. Digər qrupda isə əhəmiyyətli dəyişiklik baş verməyib. Birinci qrup, həmçinin orta hesabla 6,4 kiloqram arıqlayıb. Bu qrupda bədənin toxumalarında piy ehtiyatlarının azalması qeyd edilib, bu isə 2-ci tip diabetin inkişafı riskini azalda bilər.

 

Mütəxəssislər göyərti, tərəvəzlər, meyvələr, çərəzlər, tumlar, dənli bitkilər, paxlalılar və paxla məhsullarını rasiona mütləq əlavə etməyi məsləhət görürlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama