Bakıda əlillərin hərəkəti üçün 2200-dən çox pandus quraşdırılıb
03.12.2020 10:40

Ölkəmizdə əlliliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Dövlət başçısının bu istiqamətdə sosial siyasətinin tərkib hissəsi olaraq şəhər nəqliyyatında müyəssərliyin təmin olunması məqsədilə son 5 ildə çox əhəmiyyətli işlər görülüb. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib. Qeyd olunub ki, bu çərçivədə 160-dan çox küçə və prospektdə 2200-dən artıq pandus təşkil edilib. Həmçinin, 10-dan artıq küçə və prospektdə “İdeal səki” layihəsi icra olunub ki, nəticədə həmin ərazilərdə əsasən görmə imkanları məhdud şəxslər üçün rahat hərəkət imkanı yaradılıb. 

 

“İctimai nəqliyyatda da müyəssərliyin təmin olunması məqsədilə vacib addımlar atılır. Sərnişin avtobusları ilə bağlı norma və standartlarda da bu amil mütləq şəkildə nəzərə alınıb. Bu gün marşrut şəbəkəsində 1000-dən artıq avtobusda xüsusi panduslu mexanizimlərin olması da məhz bununla əlaqədardır. 

 

Eyni zamanda yeni ictimai nəqliyyat infrastrukturları yaradılan zaman da müyəssərlik əsas tələb olaraq nəzərə alınır. Bu mənada “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək istərdim. Burada tam formada müyəssərlik təmin edilib. Bundan sonra yaradılacaq digər bu kimi məkanlarda da bu tendensiya saxlanılacaq”, - deyə məlumatda vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır