Buğda suyunun İNANILMAZ FAYDALARI: hər gün bir stəkan içsəniz...
03.12.2020 17:40

Tərkibində 100-dən artıq vitaminlər olan xüsusi yerlərdə yetişdirilmiş buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və imminiteti gücləndirir, ürək xəsətliklərinin müalicəsində istifadə edilir.

 

Aztibb.az bildirir ki, xarici ölkələrdə daha çox gənclik iksiri kimi tanınan buğda və ya səməni suyu xərçəngi belə sağaltmağa qadirdir.

 

Təbii enerji mənbəyidir

 

Buğda cücərtisinin suyu tərkibindəki zəngin qidalandırıcı maddələr sayəsində bədəni təbii enerji ilə təmin edir. Eyni zamanda zülalları əmələ gətirən amin turşuları üçün yaxşı mənbədir. Yumurta və ət kimi qidaları yeyərkən orqanizminiz onları zülala çevirməzdən əvvəl turşulara parçalamaq üçün enerji sərf edir. Buğda suyu isə amin turşuları baxımından zəngin olduğu üçün əlavə enerji sərf etməyə ehtiyac qalmır.

 

2-4 xörək qaşığı buğda suyu ilə sevdiyiniz təzə meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha fəal olmaq üçün hər gün için.

 

İmmuniteti gücləndirir

 

İmmun sistemi bədəni bir çox mikrob və infeksiyalardan qoruyur. Buğda suyu immuniteti təbii yolla gücləndirən vasitədir. Buğda suyu bədəni zərərli mikrob, kimyəvi və kanserogen maddələrdən qoruyan bir çox maddələrlə zəngindir. Eyni zamanda buğda cücərtisinin suyu orqanizmin hüceyrələrini yeniləyir, qara ciyəri toksinlərdən təmizləyir və zərərli olan hər şeyi zərərsizləşdirir. Beləliklə, immuniteti gücləndirəcək və xəstliklərin qarşısını alacaq. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır.
Tərkibindəki A və C vitamini sayəsində qrip və soyuqdəymədən qoruyur, ciddi xəstəliklərə qarşı mübarizə aparır.

 

Toksinlərdən təmizləyir

 

Buğda suyu qələvi və qidalandırıcı maddə baxımdan da zəngindir. Pəhriz saxlayan insanlar üçün xüsusilə faydalıdır. Toksinləri təmizləyən buğda suyu qanda qələviləri artırır, eyni zamanda qara ciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlər toksinləri zərərsizləşdirir.

 

Piylənməni müalicə edir

 

Köklük şəkər və ürək xəstəliklərinə səbəb olan ciddi xəstəlikdir. Artıq çəkidən yaxa qurtarıb ideal çəkiyə qovuşmaq istəyirsinzə, mütləq buğda suyu istifadə edin.

 

Qalxanabənzər vəzilərinin də fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Buğda da olan selen qalxanabənzər vəzilərinin işini qaydaya salır. Qeyri-sağlam qalxanabənzər vəzi bədəndəki hormonal tarazlığı poza və köklüyə səbəb ola bilər.
Kaliumla zəngin olan buğda suyu iştahanı və yemək istəyini azaldır. Eyni zamanda metabolizmini sürətləndirir. Səhərlər ac qarnına buğda suyu içsəniz, gün ərzində həddən artıq yemək istəyinin qarşısını ala bilərsiniz.

 

Ürək sağlamlığını qoruyur

 

Buğda suyu ürək üçün də olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək qan təzyiqinin müalicəsində mühüm rol oynayır. Qan damarlarının divarlarını təmizləyir. Qan yollarını genişləndirir və təmizləyir, bu da qan təzyiqinin azalması ilə nəticələnir.

 

Xərçəngin qarşısını alır

 

Buğda suyu bir çox fərqli xərçəng növləri ilə mübarizə aparır. Buğda cücərtisinin suyu xəstəliyin həm müalicə prosesində, həm də qarşısını almaq məqsədi ilə istifadə edilir. Buğda cücərtisinin suyu qanda qələvilərin sayını artırır, bu da o deməkdir ki, qələvilər olduğu yerdə xərçəng hüceyrələrinin yaranması ehtimalından söhbət gedə bilməz.

 

Buğda cücərtisinin suyu xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır. Eyni zamanda, xərçəng xəstələrini kimyəviterapiyanın mənfi təsirlərindən qoruyur.

 

Qan dövranını tənzimləyir

 

Buğda suyu qanda oksigenin miqdarını artırır, bu isə qan dövranının fəaliyyətini yaxşılaşdırır.

 

Dəmir baxımından zəngin olan buğda suyu daha çox qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Daha çox qan hüceyrəsi isə daha çox oksigen və qidalandırıcı maddə deməkdir.

 

Ağız və diş xəstəliklərini müalicə edir

 

Dəmir, kalsium, maqnezium, A və E vitamininə malik olan buğda suyu dişləri də möhkəmləndirir. Buğda suyu ilə adi suyu qarışdırıb ağızda 1 dəqiqə qarqara edib sonra tüpürün. Bu, ağız qoxusunun yaranmasının qarşısını alacaq. Ağızda bir qədər buğda otu çeynəmək isə dişinizi möhkəm olması baxımdan faydalıdır.

 

Pis bədən qoxusunun qarşısını alır

 

Buğda suyu pis nəfəs, tər və ya ayaq qoxusunun qarşısını almağa qadirdir. Buğda suyu qandakı turşu və toksinləri tarazlaşdıraraq bədəni həddindən artıq tərləməyə qoymur. 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır