Hər dərdin dərmanı olan cücərdilmiş buğda - Faydaları, hazırlanması və düzgün qəbulu
03.12.2020 09:21

Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.

 

Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır.

 

Aztibb.az bildirir ki, cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır.

 

Cücərdilmiş buğdanı müntəzəm olaraq qəbul edən insanlar iş qabiliyyətinin, fəallığın artmasını hiss edirlər.

 

Adi buğda ilə müqayisədə, cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.

 

E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir.

 

Həmçinin cücərdilmiş buğda B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir və mədə-bağırsaq sistemləri üçün çox vacibdir.

 

Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaratma funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınlar üçün ən vacib olan vitamindir. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən həkimlər bütün hamilə qadınlara fol turşusunu həb şəklində təyin edirlər.

 

Cücərdilmiş buğda, həmçinin sinklə zəngindir. Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı krem və maskalar istehsal edir.

 

Sink insanın cinsiyyət sisteminin normal fəaliyyəti üçün də çox vacibdir. Xüsusilə bu kişirələ aiddir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər.

 

Cücərdilmiş buğdanı ev şəraitində hazırlamaq çox asandır. Bunun üçün buğda təmiz enli şüşə və ya minalanmış qaba tökülür, üzərinə ilıq suda isladılmış tənzif qoyulu və ev şəraitində saxlanılır (səməni cücərtdiyimiz kimi). 1-1,5 gündən sonra buğdanı istifadə etmək olar. Cücərti 3 mm kimi olmalıdır. Əks halda cücərdilmiş buğdanın xeyirli xüsusiyyətləri daha az olacaq.

 

Buğdanı əzib balla qarışdırın və səhər tezdən ac qarına qəbul edin (balsız da qəbul etmək olar). Həmçinin buğdanı istənilən tərəvəz salatlarına, süd məhsullarına əlavə etmək olar. Buğdanı az-az cücərdin. Cücərdilmiş buğdanı uzun müddət ərzində saxlamaq olmaz (1-2 gün soyuducuda). Saxlanma zamanı cücərdilmiş buğdanın faydalı xüsusiyyətləri itir.

 

Cücərdilmiş buğdanı cavanlaşdırıcı maskalar tərkibində istifadə etmək olar. Bunun üçün 2 xörək qaşığı buğdanı blenderdə əzin, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama