ÜST qoruyucu maskalar barədə tövsiyələrini yeniləyib
02.12.2020 22:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qoruyucu maskaların taxılması barədə tövsiyələrini yeniləyib.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Cenevrədə dərc olunmuş rəhbər tövsiyələrinə əsasən, infeksiyanın yayılma ocaqlarının ola biləcəyi ictimai yerlərdə - həm örtülü məkanlarda (mağaza, iş yerləri, məktəblər və s.), həm də bir metrlik fiziki məsafə saxlamağın mümkün olmadığı digər yerlərdə qeyri-tibbi maskaların taxılması vacibdir. Havalanmanın məhdud olduğu yerlərdə distansiya imkanlarından asılı olmayaraq hər zaman maska taxılmalıdır.

 

Qaydalar 12 yaşdan yuxarı hər kəsə şamil edilir. 6-11 yaşarası uşaqlara qoruyucu maskanı vəziyyətdən asılı olaraq taxmaq məsləhət görülür. Beş yaşadək uşaqların isə ümumiyyətlə maskadan istifadə etməsi tövsiyə olunmur.

 

Qeyd edək ki, pandemiyanın statistikasını aparan "Worldometer" saytının son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 343 min 814 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 490 min 144 nəfərə çatıb. Eyni zamanda, 44 milyon 616 min 262 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 237 min 408 xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər