17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub  
02.12.2020 20:53

İqtisadiyyat Nazirliyi dekabrın 1-də sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) monitorinqlər keçirib.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, monitorinqlər zamanı Yasamal rayonunda “Ruzi market”də, Elşən Rüstəmova məxsus xırdavat mağazasında, Sabunçu rayonunda Məmməd Abasquliyevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda Zaur Rzayevə məxsus “Tom and Jerry geyim mağazası”nda, “Dokta” MMC-yə məxsus “Aptek və optika”da, Xəzər rayonunda “Elephant electronics mağazası”nda, Alim Abdullayevə məxsus tikinti materialları mağazasında, Səbail rayonunda Rəsul Balayevə məxsus “Qızıl təmiri” obyektində, Suraxanı rayonunda “Zeytun pharmaceuticals” MMC-yə məxsus aptekdə, Xətai rayonunda Famil Süleymanova, Yolçu Kərimova məxsus pərakəndə ticarət obyektlərində, Qaradağ rayonunda Ceyhun Məmmədova məxsus “Telefon aksesuarları satışı” ticarət obyektində, Nərimanov rayonunda “Oba market”də, “Almaz zərgərlik” obyektində, ümumilikdə 17 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

 

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır