Qan vermək ürək xəstəlikləri riskini 90% azaldır
01.12.2020 23:37

Qan çatışmazlığı səbəbindən həyatını itirmək təhlükəsi altında olan və ya vaxtaşırı qan köçürməyin tələb olunduğu xəstəlikləri olan insanlara qan vermək vacibdir. Hər bir sağlam insan ildə 2 dəfə qan verə bilər. Qan vermək insanın sağlamlığı üçün faydalıdır. Çəkisi təxminən 50 kiloqram və yaşı 18-65 arasında olan hər bir sağlam adam qan verə bilər. 

Aztibb.az xarici KİV-ə istinadən qanvermənin faydalarını təqdim edir:


- orqanizmdə qan hüceyrələri təzələnir;
- qanda yağın miqdarı aşağı düşür;
- ürək xəstəlikləri riski 90% azalır;
- qan vermək bədəni cavanlaşdırır;
- sağlam həyat tərzi üçün ildə 1 dəfə qan vermək faydalıdır;
- qan verən adam özünü yüngül və rahat hiss edir;
- qan verən adamın qanyaradıcı orqanları fəaliyyətini gücləndirir və yeni qan yaratmaq üçün hərəkətə başlayır.


Lakin qanvermənin faydaları ilə yanaşı, bir sıra əks təsirləri də var. Qanvermədən sonra donorda aşağıdakı əlamətlər baş verə bilər:


- ürək bulanma
- baş gicəllənmə
- titrətmə və tərləmə
- stres
- baş gicəllənməsi
- yıxılma hissi
- əzələlərdə və dodaqlarda qıcolmalar və s.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza