Bioloqlar kök hüceyrələrin qocalmasını idarə edən geni müəyyənləşdiriblər - KƏŞF
01.12.2020 20:36

Molekulyar bioloqların fikrincə, yaşlı insanların orqanizmində kök hüceyrələrin fəallığının və sayının azalması GATA6 geni ilə bağlıdır. Həmin geni “işə salanda” kök hüceyrələr daha tez qocalmağa başlayır. Tədqiqatın nəticələri “Stem Cells” jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, molekulyar bioloqların kəşf etdikləri bir neçə mexanizmin köməyilə kök hüceyrələri sümük, əzələ, dəri və sinir sisteminin “yetkin” toxumasına çevirmək mümkündür. Onlardan ciddi travma və müxtəlif degenerativ xəstəliklərin müalicəsində özünəməxsus “ehtiyat hissə” kimi istifadə etmək olar. Alimlərin fikrincə, belə problemləri mezenximal kök hüceyrələrin (MSC) köməyilə həll etmək mümkündür. Həmin hüceyrələrdən az miqdarda bütün insan orqanlarında var. Bununla belə MSC-hüceyrələr toxumaların bir çox tipinə çevrilmək qabiliyyətini saxlayır. Yaşlı adamlarda onların miqdarı və fəallıq səviyyəsi tədricən aşağı düşür. Viskonsin-Medison Universitetindən (ABŞ) molekulyar bioloq Vam-Tszyuy Li və onun həmkarları bununla bağlı tədqiqat aparıblar.

 

Bu yaxınlarda amerikalı bioloqlar müəyyən ediblər ki,  “yaşlı” kök hüceyrələri onların xarakteristikasını dəyişmədən cavanlaşdırmaq olar. Bunun nəticəsində Li və onun həmkarları “Yamanaka faktorları”nın aktivləşdirilməsi ilə MSC-hüceyrələrdə genlərin və zülalların işinin necə dəyişdiyini tədqiq ediblər.

 

Bioloqlar təcrübə üçün bir neçə yaşlı könüllüdə sinovial mayedən MSC-hüceyrələri çıxarıblar və “Yamanaka faktorları”nı aktivləşdiriblər. Məlum olub ki, bu prosedur “yaşlı” kök hüceyrələrə cavanlığı qaytarıb. Onlarda fəal bölünmə, qocalma zamanı dayanmış funksiyaların bərpası müşahidə edilib. Bütün bu müsbət dəyişiklik onunla bağlı olub ki, “yenidən proqramlaşdırılmış” hüceyrələr GATA6 geninin işini dayandırıb. Həmin genin işi qısa RNT molekulları vasitəsilə dayandırılan zaman hüceyrələrin bənzər yolla “cavanlaşması” da bunu təsdiqləyir. Tədqiqatçılar “Yamanka faktorları”ndan ikisindən (OCT4 və KLF4) istifadə etməklə bənzər nəticə əldə ediblər.

 

Yeni kəşf yaşlı insanlarda MSC-hüceyrələri, onların tamdəyərli yenidən proqramlaşdırılmış kök hüceyrələrinə çevrilməsi riski olmadan gəncləşdirməyə imkan yaradır. Bu, onların terapevtik tətbiqini və yaşadıqları orqanlarda bərpa olunmaq qabiliyyətini genişləndirəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır