Skolioz necə müəyyən edilir? - Fizioterapevt izah etdi
30.11.2020 18:04
"Skoliozun erkən diaqnostikası çox vacibdir. Bu xəstəlik uşaqlarda sürətlə və gizlin inkişaf etdiyi üçün erkən müayinə bir o qədər yaxşıdır. Bu xəstəliyi effektiv nəzarətdə saxlamağa və əməliyyatsız müalicə şansını yaradır".
Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova deyib.
O qeyd edib ki, idiopatik skoliozun erkən mərhələlərdə deformasiyadan başqa heç bir əlamətlə özünü biruzə vermədiyini nəzərə almaq lazımdır:
"Skoliozun yuxarı dərəcələrində və ciddi əzələ disbalanslarında ağrılar əmələ gələ bilər. Ona görə uşağınızda onurğa ağrıları yaranarsa mütləq fizioterapevt müayinəsinə aparın.
Skoliozun müayinəsi fizikal vizual baxışdan başlayır. Bu müayinədə bəzi nahiyələrə xüsusi diqqət yetirmək lazımdır. Bu valideynlər üçün faydalı məlumatlardır".
Həkim bildirib ki, pasiyentin kürək və bel nahiyəsinin sağ və sol tərəfinin simmetrik olub olmaması qiymətləndirilir.
"Nahiyədə aşağıda qeyd olunmuş məqamlara diqqət yetiririk:
Çiyinlərin səviyyəsi və qabarması, bel xəttinin və çanağın simmetrik olması. Bu müayinə zamanı qeyd edilmiş yerlədə assimetriya aşkar edilirsə, bu skoliozun əlamətləri ola bilər.
Sadə bir test olan Adams testi də aparıla bilər. Pasiyent qabağa əyilir və biz pasiyentin kürək və ya bel nahiyəsində qabarmanın olub olmamasına fikir veririk. Qabarmalar onurğada fəqərələrin rotasiyası hesabına əmələ gəlir. Qeyd etdiyimiz kimi fəqərələr öz oxu ətrafında fırlanır. Bunun baş verməsinin səbəbi hələ də tam aydın bilinmir.
Vizual müayinədən sonra pasiyenti rentgenə göndəririk. Rentgen skoliozun dərəcəsini bizə göstərir. Eyni zamanda, rentgendə sümüklərin bağlanma zonalarını qiymətləndiririk.
Müayinədən sonra skolıozun dərəcəsi, pasiyentin yaşı və digər faktorlardan asılı olaraq müalicə planı hazırlanır", - deyə, fizioterapevt Səidə Kərimova deyib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43

