“Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm”
30.11.2020 16:30

“Oğlum Kənan Musayev İkinci Qarabağ müharibəsində bir ayağını itirib, əməliyyat olunub. Lakin əməliyyatdan sonra onunla heç kim maraqlanmır. Ona lazım olan dərmanları qonşuların köməyiylə alırıq”.

 

Bunu “Qafqazinfo”ya açıqlamasında Qazax rayonunda yerləşən "Kənd Təsərrüfatı Texnikomu yataqxanası" adlanan yerdə məskunlaşmış 19 yaşlı qazinin anası Məhəbbət Məmmədova bildirib. Onun iddiasına görə, işsiz olduğuna və heç bir əlavə gəlir yeri olmadığına görə, oğluna lazım olan tibbi vasitələri almaqda çətinlik çəkir:

 

“Oğlum Kənan Musayev Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, bizimlə heç kəs maraqlanmır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər, hələ bir xəbər yoxdur”.

 

M. Məmmədovanın sözlərinə görə, ötən gün sosial şəbəkədə etdiyi müraciətdən sonra Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Alıyev onlarla görüşüb. Yaşadıqları yataqxanaya qaz çəkiləcəyini vəd edib: “Bizim yataqxana pis vəziyyətdədir, qazımız yoxdur. İcra başçısının müavini dedi ki, bu gün yataqxanaya qaz çəkiləcək. Bir də mənim işlə təmin olunmağıma kömək edəcəklər. Amma hələ bir xəbər yoxdur, gözləyirik”.

 

M. Məmmədova bildirib ki, oğlu Kənan Musayev ilk dəfə minaya düşən gün Naftalan Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Bundan sonra Mingəçevir Mərkəzi Xəstəxanasına göndərilib və iki dəfə də orada əməliyyat olunub. Bir müddət xəstəxanada yatdıqdan sonra qazi evinə gətirilib və o vaxtdan evdə müalicə alır. Ananın sözlərinə görə, 15 gündən sonra yenidən ona komissiya baxmalı və ayağı üçün protez verilməlidir. 

 

Problemlə bağlı Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, ailəyə müəyyən miqdarda köməklik olunub. İcra başçısının müavini ailə ilə görüşüb və nə vəd verilibsə, yerinə yetiriləcək. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır