Otellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq - Yenilik
30.11.2020 14:48

Azərbaycanda yeni Milli Ulduz Təsnifat Sistemi əsasında otellərin ulduz təsnifatlaşdırılması aparılan zamanı onların koronavirusdan (COVID-19) qorunmaq üçün qoruyucu tədbirlərə hansı formada əməl etməsi də nəzərə alınacaq.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda otellərin ulduz təsnifatlaşdırılması üçün tərtib olunan kriteriyalar sırasına COVID-19-la bağlı bənd də daxil edilib.

 

AHA-nın Baş icraçı direktoru hesab edir ki, COVID-19 virusu yox olsa belə, hələ 1 il müddətində bununla bağlı məsələlərin ulduz təsnifatlaşdırmasında nəzərə alınması lazımdır:

 

“Artıq beynəlxalq təcrübədə də bu, nəzərə alınıb. Bu təcrübənin tətbiqi qonaq və işçilər üçün hotellərdə COVID-19-la bağlı təhükəsiz şəraitin yaradılmasına görə lazımdır”.

 

G.Sağlam qeyd edib ki, Azərbaycanda otellərə yeni Milli Ulduz Təsnifat Sistemi əsasında ulduzların verilməsi üçün hazırlıq işləri bitsə də və AHA bu prosesin həyata keçirilməsinə hazır olsa da, müharibənin başlanılması və COVID-19-la bağlı sərt karantin rejiminin tətbiqi səbəbindən təsnifatlaşdırma aparılmayıb.

 

O, əlavə edib ki, təsnifatlaşdırmadan keçmək istəyən otellər AHA-nın saytında qeydiyyatdan keçə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır