COVID-19 ilə bağlı PZR testinin nəticəsini 5 dəqiqəyə almaq mümkün olacaq
30.11.2020 14:37

Sinqapurlu alimlər beş dəqiqə ərzində koronavirus ilə bağlı PZR testinin nəticələrini əldə etməyə imkan verən portativ cihaz təqdim ediblər.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə cihazı hazırlayan “Cell ID” şirkətinin baş texniki direktoru Hander Sim videokonfrans zamanı bildirib.

 

Onun sözlərinə görə, ağız-burun boşluğundan götürülən yaxma az miqdarda xüsusi məhlulla qarışdırılır və bu, virusu aşkar etmək üçün kifayət qədər genetik material təmin edir. “Daha sonra bütün bunlar ölçüləri bank kartı ilə müqayisə edilə bilən yeni cihazın kiçik bir hissəsinə yerləşdirilir. Ardından cihaz USB portu vasitəsilə kompüterə bağlanır və xüsusi tətbiq ilə materialın tədqiqi həyata keçirilir. Nəticə beş dəqiqə ərzində əldə olunur”, - H.Sim deyib.

 

Şirkət nümayəndəsi qeyd edib ki, cihazdan koronavirus testlərinin aparıldığı hava limanlarında istifadə edilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır