ABŞ-da dekabrın birinci həftəsində peyvəndləməyə başlanılacaq
30.11.2020 11:22

ABŞ Prezidenti Donald Tramp bildirib ki, koronavirus infeksiyasına qarşı vaksinlərin gətirilməsinə artıq bu həftə başlanacaq.

“Bütün dünya bu xəstəlikdən əziyyət çəkir və biz yoluxmaların sayının artmasının qarşısını alınmasının öhdəsindən gəlirik”, - deyən Ağ ev başçısı vaksinin artıq dekabrın ilk həftəsində ştatlar üzrə paylanacağını əlavə edib.

 

Aztibb.az xəbər verir ki, D.Tramp qeyd edib ki, ön xətdə çalışan işçilər, tibbi heyət və ahıl insanlar birinci növbədə peyvəndlənəcək. O, həmçinin təsdiqləyib ki, vaksinlərin ABŞ-a sürətlə çatdırılmasında Co Baydenin rolu onun xidməti kimi hesab edilməməlidir.

 

Tramp deyib: “Co Bayden H1N1 donuz qripinin öhdəsindən gələ bilmədi, heç gələ bilmədi. Ona imkan verməyin ki, vaksinləməni özünün xidməti hesab etsin, çünki mən bu məsələdə insanlara əvvəllər heç vaxt olmadığı kimi təkan vermişəm. Biz razılıq aldıq və heç kim heç vaxt buna bənzər halla rastlaşmayıb”.

 

D.Trampın şərhləri Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə idarəni tənzim edən orqanların dekabrın 10-da keçiriləcək görüşü ərəfəsində səsləndirilib. Həmin görüşdə “BioNTech”in köməyi ilə hazırlanmış vaksinin təcili istifadəsinə icazə verilməsi barədə “Pfizer” şirkətinin müraciətinə baxılacaq. “Pfizer” və “BioNTech” vaksinlərinin sınaqlarının bu ayın əvvəlində elan edilən son nəticələri vaksinlərin effektivliyinin 90 faiz təşkil etdiyini göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər