Bir qan analizi xərçəngin 50 növünü müəyyənləşdirəcək
29.11.2020 13:52

Dünyada xərçəngin 50 müxtəlif növünü aşkar edə biləcək ilk unikal qan testi İngiltərənin dövlət klinikalarında 165 min pasiyent arasında sınaqdan keçiriləcək. “Galleri” adlı bu testi onkologiya sahəsində “Müqəddəs Qraalem” adlandırırlar. Onun köməyi ilə xərçəngin erkən mərhələlərində müxtəlif şişləri aşkarlamaq mümkün olacaq. Testlərin uğurlu alınacağı təqdirdə yaxın beş ildə təkcə İngiltərə və Uelsdə bir milyondan çox insan bu sınaqdan keçiriləcək.

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, növbəti 10 il ərzində bu üsul dünyanın müxtəlif ölkələrinin geniş yayılmış tibb praktikasına daxil ediləcək.

 

Qanda şişlərin buraxdığı Deoksiribonuklein Turşusunun (DNT) izlərini axtaran bu test  Amerikanın “Grail” şirkəti tərəfindən hazırlanıb.

 

Bu üsulla hər hansı bir simptom insanda özünü büruzə verməzdən xeyli əvvəl onları aşkarlamaq olar. Ekspertlərin fikrincə bu test hər il minlərlə insanın həyatını xilas etmək potensialına malikdir. Məlumdur ki, xərçəngin erkən diaqnozu uğurlu müalicənin əsasıdır.


Bu testin adətən erkən mərhələlərdə təyin olunmayan şişlərin aşkarlanması baxımından daha səmərəli olacağı gözlənilir. Söylənənlər mədəaltı vəzin bədxassəli yenitörəmələrinə, yumurtalıqlara, böyrəklərə, yemək borusuna, baş və boyuna, həmçinin qan xərçəngi növlərinə aiddir. Bu cür testlər dünya onkologiyasının gələcəyidir, buna görə çoxları ümidlə geniş sınaqların nəticələrini gözləyirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza