Şəfalı İstisu çeşməsinin mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır
28.11.2020 18:38

Bəzi mənbələrdə Kəlbəcəri “çay üstündə qala” adlandırırlar və bu, onun ölkəmizdə ən yüksək dağ rayonlarından biri olması ilə əlaqədardır. Rayonun yerləşdiyi ərazidə çoxlu şəfalı bulaqlar var. Onlardan biri də füsunkar görkəmi və faydası ilə dünyanın ən faydalı müalicə mərkəzinə çevrilən İstisu bulağıdır. İstisu bulağı zəlzələ nəticəsində yaranıb və çox böyük şəfa ocağı sayılır.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, İstisu bulağından çıxan suyun tərkibində orqanizm üçün çox faydalı olan elektrolitlər və minerallar sayılan litium, sink, maqnezium var. Bu suyun müalicəvi əhəmiyyətini artıran onun temperaturunun 58 dərəcəyə qədər və hər litrində 7 qrama qədər digər lazımlı minerallar və elektrolitlərlə zəngin olmasıdır. İstisu mənbələrindən hər il çıxan 3 milyard 963 milyon litr suyun yalnız 2 milyon litrindən istifadə olunur və qalan hissəsi çaylara axır.

 

Bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayan İstisu 12 çeşmədən ibarətdir. Maqnezium tərkibinə görə dünyanın ən məşhur su mənbələrindən olan Sloveniyada Roqaşka, Çexiyada Karlovı Varı və Rusiyada Mineralnıye Vodı ərazisində olan mineral sularla müqayisə etmək olar və tərkibinə görə daha zəngindir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza