Şəkidə pandemiyaya qarşı mübarizə tədbirləri gücləndirilib
28.11.2020 13:36

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli Qərarına əsasən, oktyabrın 14-dən respublikanın bəzi yaşayış məntəqələrinə, o cümlədən Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

 

Bununla əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu Şəki rayonunda Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.

 

Əhali arasında maarifləndirmə və nəzarət işlərinin aparılması üçün rayon üzrə 49 mobil qrup yaradılıb. İcra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət bu qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparır.

 

Noyabrın 27-də keçirilən növbəti maarifləndirici aksiya zamanı könüllülər icra hakimiyyəti tərəfindən hazırlanan və üzərində “Virusdan qorunmaq əlimizdədir”, “Koronavirusdan qorunmaq qaydaları”, “Məsafə saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış reklam plakatlarını əhalinin sıx toplaşdığı məkanların, ticarət obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına yapışdırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır