Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssisdən xəbərdarlıq
27.11.2020 16:21

Bildiyimiz kimi, karantin dövründə əhalinin çox hissəsi demək olar ki, bütün işlərini evdən görür. Kökəlməyə səbəb ilk öncə budur. Belə ki, evdə qalan insanın gündəlik hərəkətləri azalır və bədən normalda fiziki aktivlikdən uzaq olur ki, bu da, öz növbəsində piylənməyə gətirib çıxarır.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qida üzrə mütəxəssis, dietoloq Könül Qurbanova bildirib.

 

Onun sözlərinə görə, bu dövrdə qadınlar piylənməyə daha çox meyilli olur: “Əhali arasında bəzi hallarda belə fikirlər səslənir ki, nə qədər çox qida qəbul etsək, o qədər immunitet güclənər və virus bizdən uzaq olar. Hətta elə adamlar da var ki, qida mütəxəssislərindən məsləhətlər almadan daha çox xəmir xörəklərinə üstünlük verirlər. Ancaq insanlarımız başa düşməlidilər ki, evdə oturaraq ancaq qida qəbul etmək özü piylənmə xəstəliyinə gətirib çıxara bilər. Əgər biz immunitetin güclənməyini istəyiriksə, ilk növbədə düzgün qidalanmalı və evdə də belə olsaq fiziki aktivlik göstərməliyik”.

 
K.Qurbanova qeyd edib ki, karantin dövründə evdə qalan insalar normal həyat tərzindən uzaq düşür və yatıb-durma vaxtına da düzgün riayət etmir:

 

“Çoxlu sayda kalorili yeməklər qəbul edən insanın gec yatıb, gec durması da piylənmənin sürətini artırır. Gec yuxudan oyanan insanın rejimsiz qidalanmağı daxili orqanlarda fəsadlar yarada bilər. Daxili orqanlarında fəsadları olan şəxsin koronavirusa qarşı mübarizəsi də öz növbəsində çətinləşir. Rejimli yuxu yatıb, fiziki hərəkətlər edib, aktiv həyat sürsələr, onlar nəyin ki koronavirusa, dünyada olan bütün xəstəliklərə qalib gələ bilərlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza