Əllərin tez-tez isti su ilə yuyulması bəzən dəridə quruluq və səthi çatların yaranmasına səbəb olur - Həkim-dermatoloq
27.11.2020 16:07

Soyuq və rütubətli hava dəriyə də təsirsiz ötüşmür. Belə havada dəridə quruma və çatların yaranması kimi hallar müşahidə edilir. Bəzən çatlar qabıq, qızartı və qaşınma yaradaraq daha ciddi fəsadlara səbəb olur. Dəri çox həssas olduğundan soyuq aylarda üz və əl dərisinə xüsusi diqqət göstərmək lazımdır. Dermatoloqlar dərinin təravətli və yumşaq olması üçün mütəmadi olaraq nəmləndirici və qidalandırıcı kremlərdən istifadə etməyi, həmçinin vitamin və minerallarla zəngin qidalara üstünlük verilməsini məsləhət görürlər.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova deyib. O bildirib ki, soyuq havalı günlərdə əllərin isti su ilə yuyulması dəridə quruluq yaradır, dermatitlərin inkişaf etməsinə səbəb olur. COVID-19 pandemiyası dövründə əllərin tez-tez isti su və sabunla yuyulması gigiyenik tələblərdən biri kimi irəli sürülüb. Lakin çalışmaq lazımdır ki, dərinin yuyulması zamanı istifadə edilən su çox isti olmasın.

 

Ovuc və ayaq altından başqa bütün dəridə piy vəzləri var və bu, onun elastikliliyini və yumşaqlığını təmin edir. Həkim-dermatoloq daha sonra deyib: “Əllərin həddən artıq çox isti su və sabunla yuyulması dərinin təbii yağlanmağına mane olur, dəri tam müdafiəsiz qalır, elastikliyini itirir və buna görə də quruluq, çatlar, hətta bəzən qanamaya qədər dərin çat və qabıqlanmalar baş verir. Şaxtalı havalarda bayıra çıxanda mütləq isti əlcəklər taxılması məsləhətdir”.

 

Dərinin təravət və gözəlliyini qorumaq üçün masaj da çox faydalıdır, çünki qan dövranını yaxşılaşdırmaqla yanaşı, dərini oksigenlə təmin edir, toksinlərdən təmizləyir. Bundan başqa, ev şəraitində hazırlanan təbii maskalardan istifadə edilməsi də tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza