İnfarktın əsas əlamətləri məlum oldu
27.11.2020 11:23

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti infarktın panik atakdan fərqini açıqlayıb.

 

Bu barədə Aztibb.az star.sterlegrad.ru-ya  istinadən xəbər verir.

 

Qeyd olunub ki, panik atak öz-özlüyündə sağlamlıq üçün böyük təhlükə yaratmır, infarkt isə ölümcül ola bilər.

 

Əgər insanda müəyyən edilməyən səbəbdən böyük qorxu hissi varsa, bu həm panik atakın, həm də infarktın əlaməti ola bilər. Eyni zamanda, sinə ağırsı, ürəkbulanma və nəfəs darlığı da hər iki xəstəliyin simptomudur.

 

Bununla belə, əgər sinə ağrısı bədənin digər hissələrinə - sol qol, boyun, çənə, bel və qarın nahiyəsinə yayılırsa, bu infarktın əlamətidir. İnfarkt zamanı ürəkbulanma ilə yanaşı, qusma, öskürək və tərləmə də olur.

 

Panik hücum zamanı isə insanlarda üşümək və ya yüksək temperatur olur, ürək döyüntüsü tezləşir, titrəmə olur, boğulma hissi yaranır, ağız quruluğu və qulaqlarda küy əmələ gəlir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır