Müəllimlər arasında "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edilib
22.11.2026 11:04
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyan rayonunda 1 və 4 nömrəli orta məktəblərdə müəllimlər arasında "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edib.
 
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində İİV/QİÇS və narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Salyan Regional Laboratoriyasının mütəxəssisi Zabitə Rzayeva xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), yoluxma yolları, qorunma üsulları və müalicə imkanları barədə ətraflı məlumat verib.
 
Tədbir interaktiv formatda davam edib, müəllimlərin sualları cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub