Konqo Demokratik Respublikasının şərqində Ebola epidemiyası ilk dəfə elan edildikdən altı ay sonra virusun yayılması nəzarətdən çıxıb, yoluxma və ölüm hallarının sayı rekord həddə artmaqdadır. Resurs çatışmazlığı, zəif koordinasiya qlobal miqyasda artıq ikinci ən böyük epidemiyanı cilovlamaq səylərinə mane olur.
Aztibb.az-ın www.cnbcafrica.com-a istinadla xəbərinə görə, nadir hallarda rast gəlinən Bundibugyo virus ştammının yaratdığı epidemiya əvvəlkilərdən daha sürətlə yayılır və bu da səhiyyə rəsmilərini narahat edir.
15 may tarixində elan ediləndən bəri virusa 11 mindən çox insan yoluxub və təqribən 5.500 nəfər ölüb.
Rəsmi məlumatlar göstərir ki, Qərbi Afrikada 2014-2016-cı illərdə baş verən epidemiyadan sonrakı ilk altı ay ərzində yoluxma və ölüm halları ikiqat artmaqdadır ki, bu da tarixdə ən böyük göstəricidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, həmin epidemiya zamanı 28.600 nəfərdən çox yoluxub və Qvineya, Liberiya və Sierra-Leonedə 11 minə yaxın insan ölüb.

