Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti 20-ci Azərbaycan-Alman Tibb Günlərində iştirak edib
16.11.2026 14:28
Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkimi, ümumi cərrah, tibb elmləri doktoru Bəxtiyar Musayev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 20-ci Azərbaycan-Alman Tibb Günləri Beynəlxalq Elmi Konqresində iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və TƏBİB-in dəstəyi, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Alman-Azərbaycan Tibb Assosiasiyası, Almaniyada Azərbaycanlı Həkimlər Birliyi və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konqresdə müasir tibbin aktual istiqamətləri, innovativ texnologiyalar və Azərbaycan-Almaniya səhiyyə əməkdaşlığının inkişaf perspektivləri geniş müzakirə olunub.
 
Konqresin elmi proqramında tibbdə süni intellektin tətbiqi, avtonom robotik cərrahiyyə, laparoskopik və intervensional prosedurlarda real vaxt rejimində naviqasiya sistemləri, radiologiyanın gələcəyi və digər qabaqcıl tibbi texnologiyalar diqqət mərkəzində olub.
 
Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Almaniya tibb müəssisələri arasında təcrübə mübadiləsi, Almaniyada xarici həkimlərin peşəkar fəaliyyəti üçün yeni imkanlar, tibbi etika, birgə elmi-tədqiqat qruplarının yaradılması və klinik-elmi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Konqres çərçivəsində noyabrın 8-də iştirakçılar Azərbaycanın Vətən müharibəsində qazandığı Şanlı Qələbənin 6-cı ildönümünə həsr olunmuş yürüşə də qatılıblar. Azərbaycan bayraqları ilə keçirilən yürüş Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzindən başlayaraq Brandenburq darvazasında başa çatıb.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin bu nüfuzlu beynəlxalq elmi tədbirdə iştirakı müasir tibbi yeniliklərin izlənilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkələrarası elmi-klinik əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.
 
Qeyd edək ki, beynəlxalq konqres Almaniyanın Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirakçılar üçün 9 DTT krediti ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər