“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılşı: Günay Ağayeva 
16.11.2026 12:07
“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti qonağı Xətai Tibb Mərkəzinin anestezioloq-reanimatoloqu Günay Ağayevadır.
 
O, 2005–2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində ali tibb təhsili alıb. 2015–2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında rezidentura təhsili keçərək anesteziologiya-reanimatologiya və intensiv terapiya üzrə həkim-mütəxəssis ixtisasına yiyələnib.
 
Həm böyüklərə, həm də uşaqlara anestezioloji xidmət göstərən Günay Ağayeva fəaliyyətində müasir tibbi yanaşmaları və pasiyent təhlükəsizliyini əsas prioritetlərdən biri kimi qəbul edir.
 
Günay Ağayeva 2019–2021-ci illər: Modern Hospital və Zəfəran Hospitalda anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2019-cu ildən pandemiyanın sonunadək: COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində 3 saylı Sumqayıt Dövlət Xəstəxanası, Məlhəm Hospital, Yeni Klinika və Badam Hospitalda reanimatoloq kimi fəaliyyət göstərərək bu istiqamətdə fədakar xidmət göstərib. 2021-ci ildən Əfəndiyev adına Xətai Tibb Mərkəzində anesteziologiya üzrə həkim-mütəxəssis kimi fəaliyyətini davam etdirir.
 
O, 2022–2023-cü illərdə Yasamal Hospitalda aparıcı anestezioloq, 2022–2024-cü illərdə Məlhəm Beynəlxalq Hospitalda anestezioloq-reanimatoloq, 2024–2026-cı illərdə Oksigen Klinikdə anestezioloq kimi çalışıb. 2024-cü ildən Real Hospitalın nəzdində fəaliyyət göstərən MAS Baku Mobil Anesteziya Xidmətində fəaliyyət göstərir. 2026-cı ildən Medi Club Hospitalda aparıcı anestezioloq-reanimatoloq kimi fəaliyyətini davam etdirir.
 
Həkim peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi məqsədilə bir sıra elmi-praktiki tədbirlərdə iştirak edib.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər