Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələri Dövlət-Biznes Əməkdaşlığı Forumunda iştirak ediblər  
20.11.2026 10:44
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minarə Qafarova “Gülüstan” sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən ilk Dövlət-Biznes Əməkdaşlığı Forumunda iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, Məşğulluq Həftəsi çərçivəsində “İmkanlar və inam” devizi altında keçirilən forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, işəgötürənlərlə dövlət qurumları arasında birbaşa dialoqun və qarşılıqlı etimadın inkişaf etdirilməsi, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığının artırılmasıdır.
 
Tədbir çərçivəsində, həmçinin əmək bazarında mövcud çağırışların müzakirəsi, aktual məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb və dövlət-biznes tərəfdaşlığının inkişafına xidmət edən birgə fəaliyyət imkanları müəyyənləşdirilib.
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələrinin forumda iştirakı dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və müasir idarəetmə yanaşmalarının öyrənilməsi baxımından əhəmiyyətlidir.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub