Beyinin funksional imkanlarını genişləndirən KAKAO bitkisi - Araşdırma
26.11.2020 16:57

Birminhem və İllinoys universitetləri kakaonun beyinə təsirini tədqiq ediblər.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, tədqiqatlara əsasən, kakaoda olan flavanolların beyinə oksigen axınını gücləndirdiyi məlum olub. Bu isə, insanın koqnitiv qabiliyyətlərinə müsbət təsir edir.

 

Flavanollar, həmçinin tərəvəzlərdə və meyvələrdə (onlara parlaq rəng verir) tapmaq olar. Bu birləşmələr ürək-damar sisteminin işini yaxşılaşdırır.

 

Alimlər onun beyinə təsirini 18 könüllünün cəlb olunduğu sınaq çərçivəsində yoxlamağa qərar veriblər.

 

Sınağlar zamanı flavanolların yüksək konsentrasiyasına malik kakao içən könüllü qrupda aşağı konsentrasiyalı kakao içən qrupa nisbətən beyinə qanın axınında artım müşahidə olunub.

 

Oksigenasiya sürətinə görə beyinin damar şəbəkəsinin funksiyası qiymətləndirilib. Bunun üçün könüllülər mürəkkəb məsələləri həll ediblər, mütəxəssislər isə beyin qabığının oksigenasiyasındakı dəyişiklikləri qiymətləndiriblər. Nəticədə flavanolların yüksək konsentrasiyasına malik kakaonun istifadəsindən sonra 18 könüllüdən 14-ü məsələləri 11% daha sürətli həll edərək mürəkkəb koqnitiv testlərin öhdəsindən daha yaxşı gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza