Anal nahiyədə güclü ağrı, şişkinlik, qızartı və bəzən hərarət pararektal absesin göstəricisi ola bilər  
15.11.2026 12:10
Anal nahiyədə güclü və getdikcə artan ağrı, şişkinlik, qızartı və bəzən hərarət pararektal absesin göstəricisi ola bilər.
 
Bu barədə Aztibb.az-a ümumi cərrah, cərrah-proktoloq və endoskopist, tibb üzrə fəlsəfə doktoru Anar Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, pararektal abses düz bağırsağın ətrafındakı toxumalarda irin toplanması nəticəsində yaranır. Əksər hallarda anal vəzilərin infeksiyalaşması ilə əlaqədardır.
 
Anar Əliyev qeyd edib ki, bu vəziyyət öz-özünə keçməsini gözləməli olduğumuz problem deyil. Əsas müalicə üsulu irinli ocağın cərrahi drenajıdır.
 
O, güclü anal ağrı və şişkinlik olduqda vaxt itirmədən cərraha müraciət etməyi tövsiyyə edib. Bildirib ki, xüsusilə hərarət və ümumi halsızlıq varsa, təcili tibbi qiymətləndirmə vacibdir.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Sumqayıt Tibb Mərkəzi tərəfindən Zəfər Günü münasibətilə 300 zeytun ağacı əkilib
Vitamin C haqqında nə qədər məlumatlısınız?
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Azərbaycan Tibb Universitetində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib