Kəpənəklərin yeni növü aşkarlanıb  
15.11.2026 15:02

İki əsr ərzində eyni növ hesab edilən tropik kəpənəklərin əslində üç fərqli növə aid olduğu üzə çıxıb. Yeni kəşf alimlərə uzun müddətdir müəmma olaraq qalan bu canlıların təsnifatına yenidən baxmağa əsas verib.

 

Aztibb.az-ın www.sciencedaily.com-a istinadla xəbərinə görə, Florida Təbiət Tarixi Muzeyinin (Florida Museum of Natural History) tədqiqatçıları Mərkəzi və Cənubi Amerikada yayılan Colobura cinsinə aid Colobura cryptica adlı yeni növü müəyyənləşdiriblər. Bu barədə noyabrın 12-də “ScienceDaily” nəşri məlumat yayıb.

 

Araşdırma zamanı DNT analizindən, qanadların quruluşunun müqayisəsindən və ultrabənövşəyi işıq altında müşahidələrdən istifadə edilib. Məlum olub ki, zahirən bir-birinə çox bənzəyən kəpənəklərin qanadları ultrabənövşəyi şüaları fərqli şəkildə əks etdirir. Tırtılların bədənindəki ləkələr də növlərin fərqləndirilməsində mühüm rol oynayıb.

 

Maraqlıdır ki, üç növ eyni coğrafi ərazilərdə, hətta eyni meşələrdə yanaşı yaşayır. Genetik təhlillər onların müstəqil təkamül xətlərinə aid olduğunu və aralarında çarpazlaşma əlamətlərinin olmadığını göstərib. Kəşf zahiri görünüşünə görə bir-birindən seçilməyən canlı növlərinin müəyyənləşdirilməsində müasir genetik və optik metodların əhəmiyyətini bir daha ortaya qoyur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Sumqayıt Tibb Mərkəzi tərəfindən Zəfər Günü münasibətilə 300 zeytun ağacı əkilib
Vitamin C haqqında nə qədər məlumatlısınız?
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Azərbaycan Tibb Universitetində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib