Yardımlı RMX-da qrip əleyhinə vaksinasiya prosesinə start verilib
06.11.2026 15:39

“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə mövsümi qrip infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, vaksinasiya tədbirlərinin əsas məqsədi əhali arasında mövsümi qripə yoluxma riskini azaltmaq, xəstəliyin ağırlaşmalarının qarşısını almaq və ictimai sağlamlığın qorunmasına töhfə verməkdir.

 

Mövsümi qrip xüsusilə risk qrupuna daxil olan şəxslər — yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, hamilə qadınlar və uşaqlar üçün daha ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan, vaxtında vaksinasiya xəstəlikdən qorunmanın mühüm vasitələrindən biridir.

 

Yardımlı Rayon Mərkəzi Xəstəxanasında vaksinasiya prosesi “soyuq zəncir” sisteminin tələblərinə uyğun şəkildə, müvafiq təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla həyata keçirilir.

 

Əhalini öz sağlamlığının qorunması istiqamətində profilaktik tədbirlərə məsuliyyətlə yanaşmağa və mövsümi qripə qarşı vaksinasiyada fəal iştirak etməyə çağırırıq.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır