Maradona vəfat etdi
25.11.2020 21:58

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona bu gün 60 yaşında dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.

 

Qeyd edək ki, Maradona futbolçu karyerası ərzində əsasən “Barselona” (1982-84) və “Napoli”də (1984-91) oynaması ilə tanınıb. Argentina millisinin kapitanı olan əfsanəvi hücumçu 1986-cı dünya çempionu, 4 il sonra vitse-çempionu adına yiyələnib. Neapol klubu ilə iki dəfə İtaliya çempionu adını qazanan Maradona narkotiklə bağlı qalmaqallar, həmçinin DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu qolla da diqqət mərkəzində olub.

 

Argentina Prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Maradonanın ölümü əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib