Professor: Qaraciyərdə aşkarlanan xərçəngin qaynağı başqa orqanlar ola bilər
14.10.2026 09:11

Qaraciyərdə aşkarlanan bədxassəli şiş hər zaman bu orqanın özündə yaranmır. Yoğun bağırsaq, mədə, mədəaltı vəzi, süd vəzi və ağciyər xərçəngləri də qaraciyərə yayıla bilər. Üstəlik, bəzi qaraciyər şişləri uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edir.

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, professor Burak Işıqın sözlərinə görə, qaraciyərdə aşkarlanan şişin mənşəyini müəyyənləşdirmək düzgün müalicə planının hazırlanmasında mühüm əhəmiyyət daşıyır. Qaraciyərin öz toxumasından yaranan ilkin xərçənglə başqa orqandan yayılmış metastatik şişlər fərqli müalicə yanaşmaları tələb edir.

Mütəxəssisin sözlərinə görə, xüsusilə yoğun bağırsaq xərçəngi qaraciyərə tez-tez metastaz verir. Bunun səbəblərindən biri bağırsaqlardan gələn qanın portal vena sistemi vasitəsilə qaraciyərə daşınmasıdır.

Qaraciyər şişləri irəlilədikcə qarının sağ yuxarı hissəsində ağrı, dolğunluq hissi, iştahasızlıq, səbəbsiz çəki itkisi, halsızlıq və bəzi hallarda sarılıq yarana bilər. Lakin bu əlamətlər yalnız qaraciyər xərçənginə xas deyil. Buna görə də xüsusilə əvvəllər xərçəng diaqnozu qoyulmuş şəxslərdə qaraciyərdə aşkarlanan yeni törəmə diqqətlə araşdırılmalıdır.

Qaraciyərdəki hər törəmə bədxassəli olmur. Hemangioma, fokal nodulyar hiperplaziya, qaraciyər adenoması və kistlər kimi xoşxassəli törəmələrin əksəriyyəti müşahidə altında saxlanıla bilər. Bununla belə, bəzi törəmələrdə qanaxma və bədxassəliyə çevrilmə riski müdaxiləni zəruri edə bilər.

Professor Burak Işık vurğulayır ki, qaraciyərdə şiş aşkarlanması mütləq əməliyyat tələb olunduğu demək deyil. Müalicə qərarı şişin sayı, ölçüsü, yerləşməsi, qaraciyərin funksional vəziyyəti və xəstənin ümumi sağlamlığı nəzərə alınmaqla verilir. Cərrahiyyə ilə yanaşı, ablasiya, müdaxiləvi radioloji üsullar və dərman müalicəsi də tətbiq oluna bilər.

Mütəxəssis düzgün diaqnoz və xəstəliyin mərhələsinin dəqiq müəyyənləşdirilməsinin ən uyğun müalicə üsulunun seçilməsində əsas rol oynadığını bildirir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir