Qaraciyər yağlanması hansı ağır fəsadlara səbəb ola bilər?
11.10.2026 14:50

Heç bir aşkar əlamət vermədən inkişaf edə bilən qaraciyər yağlanması vaxtında nəzarətə alınmadıqda ciddi sağlamlıq problemlərinə yol aça bilər.

 

Aztibb.az xəbər verir ki, hepatoloq Dr. Tofiq Əkbərov qaraciyər yağlanmasının səbəbləri, mümkün fəsadları və profilaktik tədbirlər barədə məlumat verib.

Qaraciyər yağlanması qaraciyər hüceyrələrində yağın normadan artıq toplanması ilə xarakterizə olunan vəziyyətdir. Bu problem yalnız artıq çəkili insanlarda deyil, normal bədən çəkisinə malik şəxslərdə də müşahidə oluna bilər. Qeyri-sağlam qidalanma, fiziki passivlik və maddələr mübadiləsinin pozulması qaraciyərdə yağ toplanması riskini artıran əsas amillərdəndir.

Qaraciyər yağlanmasının yaranmasında alkoqol qəbulu ilə yanaşı, insulin müqaviməti və digər metabolik pozuntular da mühüm rol oynayır. Xəstəlik uzun müddət nəzarətsiz qaldıqda bəzi hallarda qaraciyər toxumasında iltihab və fibroz inkişaf edə, proses irəlilədikdə isə sirroz kimi ağır fəsadlar yarana bilər.

Qaraciyər yağlanmasının qarşısının alınması və xəstəliyin inkişaf riskinin azaldılması üçün balanslı qidalanmaq, müntəzəm fiziki aktivliyi qorumaq, artıq çəki varsa onu tədricən azaltmaq və alkoqoldan uzaq durmaq tövsiyə olunur. Şəkərli diabet, insulin müqaviməti və digər metabolik problemləri olan şəxslərin qaraciyər sağlamlığına xüsusi diqqət yetirməsi vacibdir.

Qaraciyər yağlanması əlamətsiz keçə bildiyindən, risk faktorları olan şəxslərin həkim müayinəsindən keçməsi və müvafiq müayinələr vasitəsilə qaraciyərin vəziyyətini qiymətləndirməsi əhəmiyyətlidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır