Vaxtında vurulan peyvəndlər uşaqların həyatını və gələcəyini qoruyur – Ekspert rəyi
10.10.2026 08:48

Körpələrin sağlam böyüməsi və təhlükəli infeksiyalardan müdafiə olunması üçün peyvənd təqviminə riayət edilməsi vacibdir.

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Məsumə Muradovanın bildirdiyinə görə, 6-12 aylıq uşaqlar üçün nəzərdə tutulan vaksinlər bir sıra ağır, hətta əlillik və ya ölüm riskli xəstəliklərin qarşısını alır. 6 aylıq körpələrə vurulan Pnevmokok (PK) peyvəndinin 3-cü dozası immuniteti daha da gücləndirərək 1 yaşa qədər uşaqlarda tənəffüs çatışmazlığına səbəb ola biləcək pnevmoniyanın yaranmasının qarşısını alır. Eyni yaşda tətbiq edilən OPV peyvəndi isə 6 aya qədər vurulan Heksavaksinin ardınca növbəti doza olaraq verilir və uşaqlarda ifliclə nəticələnən poliomielit xəstəliyinə qarşı dözümlülük formalaşdırır.

 

Uşağın 12 ayında tətbiq edilən QPM peyvəndi isə qızılca, parotit və məxmərək infeksiyalarına qarşı güclü immunitet yaradır. Qızılca uşaqlarda pnevmoniya, otit, ensefalit və illər sonra yaranan, geri dönüşü olmayan beyin iltihabı olan SSPE kimi ağır fəsadlar verə bilir. Parotit xəstəliyi orxit, pankreatit, meningit və ensefalitə səbəb ola bildiyi halda, məxmərək infeksiyası hamiləlik zamanı döldə ciddi inkişaf qüsurları yaradır. Bu səbəbdən əhalinin məxmərəyə qarşı peyvəndlənməsi hamilə qadınların da qorunmasına kömək edir. Mütəxəssis vurğulayır ki, bütün bu təhlükələrin qarşısını almağın yeganə və en doğru yolu vaxtında aparılan peyvəndləmədir.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə