Rəşadət Nabatov Ordubad rayonunda vətəndaşları qəbulu edib  
09.10.2026 09:41
Muxtar respublikanın bütün bölgələrində vətəndaşların problemlərinin yerində öyrənilməsi və onların həllinə dəstək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Ordubad rayonunda növbəti vətəndaş qəbulu keçirilib.
 
Bu barədə Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki,qəbuldan əvvəl səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
 
Ordubad Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında keçirilən qəbul zamanı ümumilikdə 25 nəfər vətəndaşın səhiyyə sahəsi ilə bağlı müraciətləri, təklif və şikayətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinələrin aparılması, işlə təminat, eləcə də səhiyyə sahəsinə aid digər məsələlərlə bağlı olub.
 
Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırma tələb edən müraciətlərlə bağlı isə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə